Millimizin ispaniyalı baş məşqçisi: "Avropa səviyyəsinə bir addım yaxınlaşmaq istəyirik"

17 İyun 2024 03:00 Basketbol 1 874
Millimizin ispaniyalı baş məşqçisi: "Avropa səviyyəsinə bir addım yaxınlaşmaq istəyirik"

"Məqsədimiz ciddi, rəqabətədavamlı komanda olmaq və Avropa səviyyəsinə bir addım yaxınlaşmaqdır.

Bu, bizim üçün çox önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis təyinatının gerçəkləşməsindən danışıb:

"Federasiya mənə U-20 millisinin baş məşqçisi olmağı və bu yay Rumıniyada keçiriləcək Avropa çempionatında yığmanın "sükanı arxasında" yer almağı təklif etdi.

Bunu böyük məmnuniyyətlə qəbul etdim. Federasiyaya bu işdə kömək etməyi planlaşdırmağımızın düzgün yol olduğunu düşündüm".

A.Blanko qarşıdakı məqsədlərdən də söz açıb:

"Azərbaycanın bütün gənclər komandaları üçün sistem yaradılmalıdır. Yer aldığımız səbətlərin səviyyəsini yüksəltməyə çalışmalıyıq.

U-16 və U-18 komandaları C Divizionundadır, biz B Divizionunda mübarizə aparacağıq. Keçən ili sonuncu yerdə bitirdik və ümumi yarışda heç bir qalibiyyət qazanmadıq".

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi