"Beşiktaş", HİK və "Partizan" Bakıya nə vaxt gələcək?

9 Avqust 2023 02:30 Gündəm 632
"Beşiktaş", HİK və "Partizan" Bakıya nə vaxt gələcək?

Avropa kuboklarının üçüncü təsnifat mərhələsində Azərbaycan klublarının rəqiblərinin Bakıya səfər vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK (Finlandiya) Bakıya sabah gələcək.

Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Beşiktaş" (Türkiyə) və "Sabah"ın rəqibi "Partizan" (Serbiya) da Azərbaycan paytaxtına sabah yollanacaq.

Azarkeşlərin ən çox maraqla gözlədikləri "Beşiktaş" Bakıda "Fairmont" otelində qalacaq. HİK "Boulevard" oteli, "Partizan" isə "Hilton"u seçib. .

Hər üç komanda avqustun 9-da axşam oyunun keçiriləcəyi arenalarda məşqə çıxacaqlar.

Azərbaycanın üç klubunun iştirakı ilə ilk oyunlar avqustun 10-da keçiriləcək.

"Qarabağ" - HİK və "Sabah" - "Partizan" görüşləri saat 20:00-da, "Neftçi" - "Beşiktaş" oyunu isə saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"