Ronaldo sosial şəbəkə hesabında yeni paylaşım etdi - FOTO

27 Avqust 2023 10:40 Dünya futbolu 750
Ronaldo sosial şəbəkə hesabında yeni paylaşım etdi - FOTO

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Fateh”i məğlub edib (5:0). Bu qarşılaşmadan sonra “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, matçla bağlı “Daha bir inanılmaz komanda işi” sözlərini yazıb.

Beş qolun vurulduğu görüşdə Ronaldo het-trik, Sadio Mane isə dubl edib.

“Əl-Nəsr” 2023/24 mövsümündə ölkə çempionatında ilk qələbəsini qazanıb. Onlar hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti