Milli baş məşqçisiz qaldı - 4 aydan sonra gələn istefa

7 Aprel 2020 01:38 Dünya futbolu 612
Milli baş məşqçisiz qaldı - 4 aydan sonra gələn istefa

Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi İvan Yovanoviç postundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda Yovanoviçlə yanaşı, onun məşqçilər korpusunda yer alan digər mütəxəssislərin də istefa verdiyi diqqətə çatdırılıb.

Yovanoviç ötən ilin dekabr ayında BƏƏ yığmasına baş məşqçi təyin olunmuşdu. Onunla 6 aylıq müqavilə imzalanmışdı.

57 yaşlı serbiyalı mütəxəssis komandanı DÇ-2022 və Asiya Kuboku-2023-ün seçmə mərhələ oyunlarına hazırlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən təcrübəli mütəxəssis BƏƏ yığmasını heç bir rəsmi oyuna çıxara bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi