Əfsanəvi stadion hospitala çevrilir - FOTO

26 Mart 2020 20:20 Dünya futbolu 563
Əfsanəvi stadion hospitala çevrilir - FOTO

Braziliyanın əfsanəvi stadionu “Marakana” səhra hospitalına çevriləcək.

Sportinfo.az xəbər verir ki, koronavirusla bağlı görülən tədbirlər çərçivəsində arenanın hospitala çevrilməsi ilə bağlı qərar qəbul edilib.

Artıq bununla bağlı zəruri addımların atılmasına başlanılıb. “Marakana” Braziliyada qospital funksiyasını daşıyacaq yeganə arena olmayacaq.

“Korintians”, “San-Paulu”, “Botafoqo” və “Santos”un da arenaları koronavirusla mübarizə üçün fəaliyyət göstərəcək.

Braziliyada 1500-dən çox insan virusa tutulub. 25 nəfərin həyatını itirdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu