Azərbaycanda belə qırmızı vərəqə verilməz - VİDEO

25 Fevral 2020 16:14 Dünya futbolu 566
Azərbaycanda belə qırmızı vərəqə verilməz - VİDEO

Şimali Makedoniya Yüksək Liqasının 20-ci turunda keçirilmiş "Makedoniya" - "Pandev Akademiyası" matçında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, qonaqların müdafiəçisi Stefan Kostov 66-cı dəqiqədə qırmızı vərəqə alıb.

23 yaşlı futbolçu aut atmağa yollanarkən komanda yoldaşının topu oyuna daxil etdiyini görüb. Bu anda rəqib hücumçu topa yiyələnib.

Kəskin hücumun qarşısını almaq istəyən Kostov əlindəki topla hücumçunun arxasında qaçıb və meydanda olan topa vurub.

Bu səbəbdən də hakim makedoniyalı futbolçu qırmızı vərəqə alıb. 90+6-cı dəqiqədə qol buraxan "Pandev Akademiyası" məğlubiyyətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti