Vernidub "Şaxtyor"un baş məşqçisi oldu - RƏSMİ

7 Noyabr 2019 20:35 Dünya futbolu 922
Vernidub "Şaxtyor"un baş məşqçisi oldu - RƏSMİ

Belarusun "Şaxtyor klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Sportinfo.az Soliqorsk komandasının rəsmi saytına istinadən xəbər verir ki, Yuri Vernidub artıq kollektivə təqdim olunub. Ukraynalı mütəxəssisə Valeri Mixaylenko, Aleksandr Noqin və İqor Fokin kömək edəcəklər.

Ötən ildən komandaya rəhbərlik edən rusiyalı Sergey Taşuev istefaya göndərilib.

Vernidub hələ Belarus çempionatında işləmək üçün lisenziya almadığından "Şaxtyor"u qarşıdakı oyunda meydana Sergey Nikiforenko çıxaracaq.

Xatırladaq ki, Vernidub "Sabah"ın baş məşqçi postuna namizədlərdən idi. O, hətta Bakıya gələrək "Sabah" - "Səbail" oyununu da izləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi