İnfantinoya etimadsızlıq gündəmdə deyil - UEFA-nın mövqeyi bilindi

01:40 Dünya futbolu 65
İnfantinoya etimadsızlıq gündəmdə deyil - UEFA-nın mövqeyi bilindi

UEFA rəhbərliyi hələlik FİFA prezidenti Canni İnfantinoya etimadsızlıq göstərilməsi (impiçment) məsələsini müzakirə etmir.

Avropa Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinin son iclaslarında bu mövzu gündəmə gətirilməyib.

FİFA prezidenti barədə etimadsızlıq qərarının irəli sürülməsi üçün təşkilata üzv ölkələrin ümumi sayının 20 faizinin dəstəyi kifayətdir.

UEFA-ya daxil olan federasiyalar isə ümumi səs hüququnun təxminən 26 faizinə malikdir. Bu baxımdan, belə təşəbbüsü irəli sürmək çətin olmasa da, hazırda bununla bağlı konkret addım atılmır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Daha əvvəl KİV-də UEFA, KONKAKAF və AFK-nin İnfantinoya ultimatum verdiyi barədə xəbərlər yayılmışdı.

İddialara əsasən, FİFA prezidenti vəzifəsini tərk etməyəcəyi təqdirdə, həmin konfederasiyalara üzv milli komandalar dünya çempionatı da daxil olmaqla böyük beynəlxalq turnirləri boykot edə bilərlər.

Bununla yanaşı, UEFA-nın 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkiləri öncəsi İnfantinoya alternativ namizəd axtarışına başladığı bildirilir. Hazırda isə Canni İnfantino FİFA prezidentliyi uğrunda rəsmi qeydiyyatdan keçmiş yeganə namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!