"Artıq növbəti addımı atmağın zamanı gəlib" - Millinin baş məşqçisindən məsləhət

8 Dekabr 2025 15:40 Dünya futbolu 822
"Artıq növbəti addımı atmağın zamanı gəlib" - Millinin baş məşqçisindən məsləhət

Qana millisinin baş məşqçisi Otto Addo “Bornmut”un yarımmüdafiəçisi Antuan Semenyoya karyerası ilə bağlı məsləhət verib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, qanalı mütəxəssis 25 yaşlı futbolçu Premyer Liqada özünü yaxşı göstərsə də, artıq daha yüksək səviyyəyə keçidin vaxtı olduğunu hesab edir:

“Semenyo “Bornmut”da özünü əla göstərdi, amma artıq karyerasında növbəti addımı atmağın zamanı gəlib. Onun ən yüksək səviyyədə nələr edə biləcəyini görmək üçün səbirsizlənirəm”.

Qanalı vingerin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü