“Buna şübhə yoxdur” - Tramp Amerika futbolunun adını dəyişmək istəyir

01:40 Dünya futbolu 59
“Buna şübhə yoxdur” - Tramp Amerika futbolunun adını dəyişmək istəyir

ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun (“soccer”) adının dəyişdirilməsini təklif edib.

Sportinfo.az xəbər verir ki, ABŞ lideri bu barədə 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı danışıb.

“Soccer”ə əslində futbol deyilməməlidirmi? Bu, futboldur, buna şübhə yoxdur. Amerika futbolu üçün fərqli bir ad tapmalıyıq”, - deyə Tramp bildirib.

ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək turnirdə 48 milli komanda iştirak edəcək. Turnir 11 iyunda başlayacaq, final matçı isə 2027-ci ilin 19 iyulunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!