Prezident yığmanın baş məşqçisindən üzr istədi: "Bağışlayın, bunu bilmirdim"

01:30 Dünya futbolu 77
Prezident yığmanın baş məşqçisindən üzr istədi:

2026-cı il dünya çempionatının püşkatmasının təşkilatçıları Argentina millisinin baş məşqçisi Lionel Skaloni səhnəyə çıxmazdan əvvəl ona kuboku qaldırmaq üçün əlcək geyinməyi xahiş ediblər.

Sportinfo.az xəbər verir ki, bu tələb adətən dünya çempionu olmayan və ya rəsmi icazəsi bulunmayan şəxslərə şamil edilir.

Lakin Argentinanın son dünya çempionatını qazandığı komandanın baş məşqçisi kimi Skaloninin trofiyaya toxunmaq hüququ var idi.

Məsələni yoluna qoymaq üçün FIFA növbəti gün turnirin oyun cədvəlinin təqdimatı çərçivəsində ayrıca mərasim təşkil edib.

Bu dəfə Skalonini səhnəyə kubokla birlikdə, artıq əlcəksiz dəvət ediblər. FIFA prezidenti Canni İnfantino isə məşqçidən ictimai şəkildə üzr istəyib.

“FIFA adından üzr istəyirəm. Əlbəttə, dünya çempionları kuboka toxuna bilərlər.

Bağışlayın, bunu bilmirdim. Sadəcə, sən dünya çempionu olanda hər gün daha da cavan görünürsən”, – deyə İnfantino bildirib.

Skaloni isə zarafatla bildirib: “Düşünürəm ki, məni başqa biri ilə səhv salmışdılar və dünən kuboka toxunmağıma icazə vermədilər.”

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!