MLS çempionu oldu, 48-ci kubokunu qazandı - MESSİ

7 Dekabr 20:25 Dünya futbolu 130
MLS çempionu oldu, 48-ci kubokunu qazandı - MESSİ

Argentinalı hücumçu Lionel Messi karyerasında 48-ci kubokunu qazanıb və “İnter Mayami”nin heyətində MLS çempionu olub.

Sportinfo.az xəbər verir ki, pley-off-un final matçında onun komandası “Vankuver”i 3:1 hesabı ilə məğlub edib.

Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

38 yaşlı argentinalı “İnter Mayami”nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.

Messi ən çox titulu “Barselona”da (35) əldə edib.

Milli komanda ilə isə Messi 6 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!