“Real”ın braziliyalı sabiq oyunçusu Marselo bütün dövrlərin ən yaxşı sol cinah müdafiəçisi seçimi barədə fikirlərini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisi Roberto Karlosu bu seçimdə lider olaraq gördüyünü bildirib:
“İnsanlar mənim tarixin ən yaxşı sol cinah müdafiəçisi olduğumu düşünürlər? Demirəm ki, bu fikri bəyənmirəm, amma düşünürəm ki, Roberto Karlos ən yaxşısıdır.
O, razılaşmaya bilər. Mən həmişə belə təriflərə razı olmuşam, çünki futbol tək oynanılmır. Ən vacib şey komandadır
. Nailiyyətlərimdən danışsaq, hər şeyi “Real”a borcluyam. Komandayla titullar qazandım, ona görə də özümü heç kimlə müqayisə edə bilmərəm”.
Roberto Karlos bu yaxınlarda Marselonu “Real” tarixinin ən yaxşı sol cinah müdafiəçisi hesab etdiyini söyləyib.
Marselo karyerasının ən yaxşı illərini 2007-ci ildən 2022-ci ilə qədər oynadığı və 5 dəfə Çempionlar Liqasını qazandığı Madrid klubunda keçirib.

