DÇ-2026-da geyinəcəkləri formanı təqdim elədilər - FOTOLAR

10:20 Dünya futbolu 49
DÇ-2026-da geyinəcəkləri formanı təqdim elədilər - FOTOLAR

Portuqaliya komandası 2026-cı il dünya çempionatında geyinəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu haqda Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

“Bu köynək okeanın enerjisini və dünyanın ən böyük futbol səhnəsində bəyanat verməyə hazır olan Portuqaliya millisinin gücünü əks etdirir. İkonik qırmızı baza dalğalı naxış və yaşıl detallarla bəzədilib, ölkənin dəniz köklərinə və qorxmaz ruha işarədir”, - məlumatda bildirilir.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.


Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!