Marselo Byelsa ABŞ-ın Tampa şəhərində yerli komandaya 1:5 hesabı ilə gözlənilməz məğlubiyyətdən sonra səslənən sərt tənqidlərə baxmayaraq, Uruqvay millisinin baş məşqçisi postunda qalacaq.
Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso vəziyyətə müdaxilə edərək ictimaiyyəti əmin edib ki, Byelsanın istefası gündəmdə deyil.
Onun sözlərinə görə, layihə 2026-cı ildə keçiriləcək və Uruqvay üçün xüsusi əhəmiyyət daşıyan dünya çempionatına qədər nəzərdə tutulub.
Turnirdə ABŞ-da yaşayan böyük uruqvaylı diasporasının dəstəyi də gözlənilir.
Alonso, həmçinin, Darvin Nunyes və Federiko Valverdenin guya Byelsa baş məşqçi olduğu müddətdə milli komandaya qoşulmaq istəmədikləri barədə yayılan şayiələri də təkzib edib

