Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait aldı - FİFA

15:40 Dünya futbolu 104
Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait aldı - FİFA

FİFA inkişaf etməkdə olan ölkələrə yardım çərçivəsində Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait alıb.

Bu vəsait əsasən futbol infrastrukturunun gücləndirilməsinə, yeni stadionların tikintisinə və mövcud arenaların yenidən qurulmasına yönəldiləcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino maliyyə yardımı ilə bağlı belə deyib:

“Bu razılaşma üzv-assosiasiyalarımız üçün şərait yaratmaq yolunda elə bir mühüm addımdır ki, futbol həqiqətən də qlobal idman növünə çevrilsin”.

2034-cü il dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. 2026-cı ildə isə mundial tarixdə ilk dəfə olaraq üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti