Ardıcıl şəkildə rekordları alt-üst etməyə davam edir - Lionel Messi

01:40 Dünya futbolu 67
Ardıcıl şəkildə rekordları alt-üst etməyə davam edir - Lionel Messi

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də ardıcıl şəkildə rekordları alt-üst etməyə davam edir.

Argentinalı futbolçu bazar ertəsi “Sinsinnati” üzərində qazanılan 4:0 hesablı qələbədə meydanın əsas qəhrəmanı olub.

O, həmin matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib və bununla da komandasını pley-offun yarımfinalına daşıyıb.

Sportinfo.az “Inter Miami News Hub”-a istinadən xəbər verir ki, Messi artıq MLS pley-off mərhələsində ən çox məhsuldar fəaliyyət göstərən futbolçu ünvanını ələ keçirib – 12 (6 qol + 6 məhsuldar ötürmə).

Diqqətçəkən məqam isə 38 yaşlı futbolçunun bu rekordu qırması üçün cəmi dörd oyun keçirməsidir.

Messiyə qədər rekord Ante Razov (2000) və Karlos Ruisa (2002) məxsus idi – hər iki futbolçu pley-offda 10 məhsuldar xal toplamışdı.

Messinin performansı MLS tarixində tamamilə yeni səhifə açmağa davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"