Afrikada 2025-ci ilin ən yaxşı seçildi - PSJ-nin ulduzu

21 Noyabr 2025 12:20 Dünya futbolu 629
Afrikada 2025-ci ilin ən yaxşı seçildi - PSJ-nin ulduzu

Afrikada 2025-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə rəsmi açıqlama Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən verilib.

Bu il ən yaxşı futbolçu adına PSJ-də çıxış edən Əşrəf Hakimi layiq görülüb.

Mərakeşli yarımmüdafiəçi ötən mövsüm Paris təmsilçisi ilə Çempionlar Liqasının, Fransa Liqa 1-inin, Fransa Kubokunun və Superkubokunun qalibi olub.

O, bütün turnirlərdə ümumilikdə 55 matçda meydana çıxaraq 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!