DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilmədilər, İSTEFA VERDİ

22:00 Dünya futbolu 115
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilmədilər, İSTEFA VERDİ

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən oyundan sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.

Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti