"Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik"

29 İyul 12:00 Dünya futbolu 223
"Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalla bağlı sualı cavablandırıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Yamalın Lionel Messi ilə müqayisəsinin tez olduğunu deyib:

“Biz Lamin Yamala öz yolunu getməyə imkan verməliyik. Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik.

Amma onun Messi ilə müqayisə olunması özü artıq çox önəmlidir. Bu, elədir ki, bir rəssamı Van Qoqun əsərləri ilə müqayisə edirlər”.

Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb və həmin dövrdə UEFA Çempionlar Liqasının da daxil olduğu bir neçə kubok qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!