"Mən yaxşı bilirəm ki..." - Atasının kölgəsində qalmağın çətinliyindən danışdı

00:10 Dünya futbolu 106
"Mən yaxşı bilirəm ki..." - Atasının kölgəsində qalmağın çətinliyindən danışdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti atasının məşqçi heyətindən ayrılaraq, müstəqil karyerasına başlayıb.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Davide Ançelotti məşqçi kimi atasının soyadını daşımağın çətinliyindən danışıb:

“Ançelotti soyadını daşımaq çətindir? Bəli, məşqçi kimi bu, çox çətindir.

Bunu inkar edə bilmərəm. Amma məsələn, Daniele Maldinini də düşünmək lazımdır – Paolonun oğlu olmaq da asan deyil.

Mən yaxşı bilirəm ki, ilk vaxtlarda insanlar mənim fəaliyyətimi “Karlo Ançelottinin oğlu” prizmasından qiymətləndirəcəklər.

Amma üzməyi öyrənməyin yeganə yolu suya atılmaq və əllərini, ayaqlarını hərəkət etdirməkdir. Mən də məhz bunu etməyə çalışıram”.

Atası Braziliya millisinin “sükanı arxasına” keçdiyi halda, Davide özü bu ölkənin məşhur klublarından olan “Botafoqo”nun baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?