Konfrans Liqasında 43 oyun - MARAQLI NƏTİCƏLƏR

25 İyul 02:40 Dünya futbolu 635
Konfrans Liqasında 43 oyun - MARAQLI NƏTİCƏLƏR

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün daha 43 ilk oyun baş tutub.

Azərbaycanlı futbolçulardan Zamiq Əliyev “Eqnatiya”nın (Albaniya), Cəlal Hüseynov isə “Arda”nın (Bolqarıstan) heyətində avrokubok həyəcanı yaşayıb.

Zamiq 78-ci dəqiqə oynadığı görüşdə qələbə sevinci yaşayıbsa, Cəlal 90 dəqiqə oynadığı halda qolsuz bərabərliklə kifayətlənib.

“Araz-Naxçıvan”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri olan “Omoniya” (Kipr) və “Torpedo” (Gürcüstan) komandaları da üz-üzə gəliblər. Kiprdə keçirilmiş oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin növbəti mərhələdəki potensial rəqibləri olan “Atletik Eskaldes” (Andorra) və “Dinamo” (Albaniya) oyununda isə qonaqlar 2:1 hesabı ilə qələbə qazanıblar.

Atletik Eskaldes (Andorra) – Dinamo (Tirana, Albaniya) 1:2
Astana (Qazaxıstan) – Zimbru (Moldova) 1:1
Payde (Estoniya) – AİK (İsveç) 0:2
Aktobe (Qazaxıstan) – Sparta (Praqa, Çexiya) 2:1
Ararat (Ermənistan) – Universitatya (Kluj, Rumıniya) 0:0
Araz-Naxçıvan (Azərbaycan) – Aris (Yunanıstan) 2:1
Arda (Bolqarıstan) – HJK (Finlandiya) 0:0
Aris (Kipr) – Puşkaş Akademiya (Macarıstan) 3:2
Hibernians (Malta) – Spartak (Trnava, Slovakiya) 1:2
İlves (Finlandiya) – Alkmar (Niderland) 4:3
Kauno (Litva) – Valyur (İslandiya) 1:1
Pünik (Ermənistan) – Qyor (Macarıstan) 2:1
Rusenborq (Norveç) – Banqa (Litva) 5:0
Sent Cozefs (Cəbəllüttariq) – Şemrok Rovers (İrlandiya) 0:4
Jalgiris (Litva) – Linfild (Şimali İrlandiya) 0:0
Çerno More (Bolqarıstan) – Başakşəhər (Türkiyə) 0:1
Hammarbü (İsveç) – Şarlerua (Belçika) 0:0
Novi Pazar (Serbiya) – Yagelloniya (Polşa) 1:2
Aleksandriya (Ukrayna) – Partizan (Serbiya) 0:2
Omoniya (Kipr) – Torpedo (Kutaisi, Gürcüstan) 1:0
Petrokub (Moldova) – Sabah (Azərbaycan) 0:2
Polesye (Ukrayna) – Santa Koloma (Andorra) 1:2
Riqa (Latviya) – Dila (Qori, Gürcüstan) 2:1
Vikinq (Norveç) – Koper (Sloveniya) 7:0
Vaduts (Lixtenşteyn) – Dunqannon (Şimali İrlandiya) 0:1
AEK (Afina, Yunanıstan) – Hapoel (Beer-Şeva, İsrail) – 1::0
Koşitse (Slovakiya) – Neman (Belarus) 2:3
Paks (Macarıstan) – Maribor (Slovakiya) 1:0
Radniçki (Serbiya) – Klaksvik (Farer adaları) 0:0
Varajdin (Xorvatiya) – Santa Klara (Portuqaliya) 2:1
Jodino (Belarus) – Makkabi (Hayfa, İsrail) 1:1
Austriya (Avstriya) – Spaeri (Gürcüstan) 2:0
Sutyeska (Monteneqro) – Beytar (İsrail) 1:2
Vardar (Şimali Makedoniya) – Lozanna (İsveçrə) 2:1
Vlajniya (Albaniya) – Vikinqur (İslandiya) 2:1
Dinamo (Minsk, Belarus) – Eqnatiya (Albaniya) 0:2
Dandi Yunayted (Şotlandiya) – Stassen (Lüksemburq) 1:0
Torshavn (Farer adaları) – Bröndbü (Danimarka) 1:1
Sent Patriks (İrlandiya) – Nomme Kalyu (Estoniya) 1:0
Deçiç (Monteneqro) – Rapid (Avstriya) 0:2
Sarayevo (Bosniya və Herseqovina) – Universitatya (Krayova, Rumıniya) 2:1
Larne (Şimali İrlandiya) – Priştina (Kosovo) 0:0
Rakov (Polşa) – Jilina (Slovakiya) 3:0

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!