“Yaxşı oynamaq yetərli deyil, qalib gəlmək vacibdir”

18:40 Dünya futbolu 98
“Yaxşı oynamaq yetərli deyil, qalib gəlmək vacibdir”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının finalında İspaniyaya qarşı qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandası ilə qürur duyduğunu bildirib:

“Bu nəticə ilə fəxr edirəm. Sadəcə, yaxşı oynamaq yetərli deyil, qalib gəlmək vacibdir.

Oyun ərzində iki dəfə hesabda geri düşsək də, xarakter göstərib toparlandıq. Futbolçuların ustalığı və digər keyfiyyətləri sayəsində bu kuboku qazandıq”.

Final matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyən olunub. Portuqaliya millisi bu mərhələdə daha dəqiq olub – 5:3.

Digər Xəbərlər
Xəbər Lenti