İspaniyanı penaltilərdə üstələyən Portuqaliya Millətlər Liqasını qazandı

02:00 Dünya futbolu 139
İspaniyanı penaltilərdə üstələyən Portuqaliya Millətlər Liqasını qazandı

Millətlər Liqasında 3-cü yer və final qarşılaşmaları keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya və İspaniya komandaları üz-üzə gəliblər.

Əsas vaxtı 2:2 hesabıyla yekunlaşmış finalın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan portuqallar turnirin qalibi olublar.

Finaldan öncə 3-cü yer uğrunda oyun keçirilib. Fransa millisi iki cavabsız qolla Almaniya komandasına qalib gəlib.

Portuqaliya – İspaniya 2:2 (penaltilər 5:3)
Qollar
: N.Mendeş, 26. Ronaldo, 61 – Subimendi, 21. Oyarsabal, 45.
Baş hakim: Sandro Şorer (İsveçrə).
Münhen. “Alyans Arena”.

Digər Xəbərlər
Xəbər Lenti