“Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, dünya çempionatında iştirak etməyəcəm”

01:30 Dünya futbolu 169
“Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, dünya çempionatında iştirak etməyəcəm”

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo bu il ABŞ-də keçiriləcək Klublararası dünya çempionatında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə özü məlumat verib.

O, bir neçə klubdan dəvət aldığını da deyib:

“Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.

Dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti