“Qızıl top”u qazanan komanda yoldaşım olsun, fərqi yoxdur"

8 İyun 20:25 Dünya futbolu 87
“Qızıl top”u qazanan komanda yoldaşım olsun, fərqi yoxdur"

İspaniya millisinin və PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis mövsümün ən yaxşı futbolçusuna verilən “qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Ызщкештащ.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu hazırda bu barədə çox düşünmədiyini bildirib:

“Qızıl top” mövsümün ən yaxşı oyunçusuna verilən xüsusi bir mükafatdır. Hazırda bu barədə çox düşünmürəm.

Mənim əsas məqsədim oyundan zövq almaq, milliyə və klubuma fayda verməkdir. Hazırda diqqətimi Portuqaliya yığması ilə qarşıdakı oyuna yönəltmişəm.

“Qızıl top”u qazanan komanda yoldaşım olsun: fərqi yoxdur, İspaniya millisində və ya PSJ-də”.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente daha əvvəl Fabian Ruis, Pedri və Lamin Yamalı “qızıl top”un əsas namizədləri kimi göstərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti