FIFA federasiya prezidentinə 6 aylıq qadağa qoydu – Oyunlara getmə!

1 Oktyabr 2024 18:40 Dünya futbolu 740
FIFA federasiya prezidentinə 6 aylıq qadağa qoydu – Oyunlara getmə!

FIFA Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.

Sportinfo.az FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 43 yaşlı sabiq futbolçunun nizam-intizam kodeksini pozması səbəb olub.

O, 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının Kamerun – Braziliya matçında aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulmasında ittiham olunub.

Eto futbolçu karyerasında İspaniyanın “Real” (Madrid), “Barselona”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Everton” kimi klublarında çıxış edib.

Sabiq hücumçu Kamerun milli komandasının üzvü kimi iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş