Rio Ferdinand futbol tarixinin ən yaxşı müdafiəçisinin adını açıqladı

14 İyul 2024 12:45 Dünya futbolu 1 099
Rio Ferdinand futbol tarixinin ən yaxşı müdafiəçisinin adını açıqladı

“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand futbol tarixinin ən yaxşı müdafiəçisinin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi, BBC-yə açıqlamasında bunu deyib:

“Paolo Maldini futbol tarixinin ən yaxşısıdır”.

İtaliyalı sabiq futbolçu Maldininin “Milan”dakı karyerası 1984-2009-cu illəri əhatə edib. \

Bu müddət ərzində o, klubla 26 kubok, o cümlədən 7 dəfə İtaliya çempionluğunu, 5 dəfə isə Çempionlar Liqasını qazanıb.

Maldini 2019-cu ildə Milan klubunda texniki direktor vəzifəsini icra edib, 2018-ci ildən isə strateji inkişaf direktoru vəzifəsində çalışıb. Ümumilikdə o, 36 ilini “Milan”da müxtəlif statuslarda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda