COP29

“Hamı Ronaldo olmaq istəyir, bunu etmək çətindir, intizam ən çətin şeydir”

18 May 00:20 Dünya futbolu 267
“Hamı Ronaldo olmaq istəyir, bunu etmək çətindir, intizam ən çətin şeydir”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolda uzun karyera qurmağın yollarını izah edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard istedad və zəhmətin vacibliyini qeyd edib:

“İstedadsız iş kimi, işsiz istedad heç bir şey deyil. Onlar birlikdə və eyni zamanda işləməlidirlər.

Məndə hər ikisi var. Deyə bilmərəm ki, məndə birindən çox var.

Xırda detallar hər zaman fərq yaradacaq. Sabitlik ən çətin şeydir.

Buna hazırsızmı? Bu, əsas məqamdır. Çünki hamı Ronaldo olmaq istəyir, amma bunu etmək çətindir. İntizam ən çətin şeydir”.

Ronaldo “Sportinq”in yetirməsidir. O, “Mançester Yunayted”, “Real” və “Yuventus”da da çıxış edib.

Portuqaliyalı oyunçu 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"