
“Barselona”nın sabiq müdafiəçisi Dani Alveş yenidən futbola qayıtmaq istəyir.
Sportinfo.az xəbər verir ki, braziliyalı veteran futbolçu qazanc məqsədi üçün bu idman növünə dönmək niyyətindədir.
O, həm də bu yolla ictimaiyyət arasındakı imicinin bərpa edəcəyinə inanır. Bu barədə “El Pais” nəşri məlumat yayıb.
Alveş futbolçu kimi dövrünün bitdiyinə görə başqa rol tutmağı planlaşdırır.
Sabiq müdafiəçi Barselonadakı gecə klubunda gənc qıza təcavüz etməkdə ittiham edilərək 4,5 il müddətinə azadlıqdan məhrum olunub. O, martın sonunda 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.