COP29

"Bunu heç vaxt etməmişəm və mənə bunu edəndən də xoşum gəlmir"

3 Dekabr 2023 00:20 Dünya futbolu 368
"Bunu heç vaxt etməmişəm və mənə bunu edəndən də xoşum gəlmir"

“İnter Mayami”nin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/4 finalı öncəsi Niderland millisinin baş məşqçisi Lui van Qalın sözlərinə necə reaksiya verdiyini deyib.

Sportinfo.az xəbər verir ki, argentinalı insanların rəqibə hörmət etməməsinin onu narahat etdiyini bildirib:

“İnsanların meydandan kənarda belə danışması və rəqibinə hörmət etməməsi məni narahat edir. Mən heç vaxt belə olmamışam.

Meydanda milyonlarla şey ola bilər və o, meydanda qalır. Ancaq oyundan əvvəl vəziyyəti qızışdırmaq, hörmətsizlik…

Mən bunu heç vaxt etməmişəm və mənə bunu edəndən də xoşum gəlmir. Düşünürəm ki, Lui van Qal bunu qəsdən edib.

Bunlar mənim xoşuma gəlməyən şeylərdir”.

Oyun zamanı 36 yaşlı forvard hesabı 2:0-a çatdırdıqdan sonra Van Qalla üz-üzə gələrək, açıq ovuclarını qulağına qoyub. Matç Argentinanın (2:2, penaltilər – 4:3) qələbəsi ilə başa çatıb.

DÇ-2022-nin yarımfinalında argentinalılar Xorvatiyaya (3:0), finalda isə Fransaya (3:3, penaltilər – 4:2) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"