Rumın müdafiəçini transfer etmək istəyir - "Mançester Yunayted"

1 Dekabr 2023 18:40 Dünya futbolu 526
Rumın müdafiəçini transfer etmək istəyir -

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" "Cenoa"da çıxış edən Radu Draquşinin xidmətində maraqlıdır. Bu barədə "Prosport" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisinin transferi üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

"Cenoa" Radu Draquşini mövsümün əvvəlində "Yuventus"dan transfer ediv. Rumıniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da