Ronaldo özünü əsl centlimen kimi apardı, qərarı dəyişdirdi - VİDEO

28 Noyabr 2023 10:00 Dünya futbolu 824
Ronaldo özünü əsl centlimen kimi apardı, qərarı dəyişdirdi - VİDEO

Asiya Çempionlar Liqasında keçirilən “Əl-Nəssr” - “Persepolis” matçında meydan sahiblərinin ulduzu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində portuqaliyalı hücumçu cərimə meydançasının daxilində yıxılıb.

Bu zaman oyunun baş hakimi İran klubunun qapısına penalti təyin edib.

Ronaldo isə hakimə yaxınlaşaraq cərimə meydançasının daxilində özünə qarşı rəqib futbolçu tərəfindən müdaxilə edilmədiyini, bu səbəbdən penaltinin olmadığını bildirib.

Nəticədə referi penalti qərarından daşınıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır