COP29

İntizam işi açıldı - Braziliya və Argentinaya qarşı

25 Noyabr 2023 21:40 Dünya futbolu 375
İntizam işi açıldı - Braziliya və Argentinaya qarşı

FİFA DÇ-2026-nın seçmə mərhələsində Braziliya – Argentina oyunundan (0:1) əvvəl “Marakana” stadionunda olan hadisələrlə bağlı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, matçda əvvəlcə iki komandanın azarkeşləri dava ediblər.

Daha sonra isə Braziliya polisi qonaq komandanın azarkeşlərinə hücum edib. Hətta argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Lionel Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb.

Emiliano Martines isə özbaşına polisləri dayandırmağa çalışıb. Hadisə səbəbindən oyunun başlaması yarım saat gecikib.

Argentina Futbol Assosiasiyası tribunalarda iğtişaşlar yaratmaqda və matçın başlanmasını gecikdirməkdə ittiham olunur.

Braziliya Futbol Konfederasiyası isə FİFA-nın təşkil etdiyi matçın təhlükəsizliyini təmin etməməkdə ittiham edilib. FİFA işlərə baxılacağı və sanksiyaların tətbiq olunacağı tarixləri açıqlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"