“Klubdan ayrılmağı düşünmürəm, buranı tərk etmək fikrim yoxdur, narahat olmayın”

25 May 2023 00:00 Dünya futbolu 572
“Klubdan ayrılmağı düşünmürəm, buranı tərk etmək fikrim yoxdur, narahat olmayın”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Mançester təmsilçisində qalacağını diqqətə çatdırıb:

“Gələn mövsüm də “Mançester Siti”ni çalışdıracam. Klubdan ayrılmağı düşünmürəm.

2023/24 mövsümündə Premyer Liqanın bizə tətbiq edəcəyi 100 qayda pozuntusu olsa da, buranı tərk etmək fikrim yoxdur, narahat olmayın”.

İspaniyalı mütəxəssis 2016-cı ildən “şəhərlilər”in baş məşqçisidir.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” isə evdə “Çelsi”ni məğlub edib (1:0).

Mançester təmsilçisi ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM