“Mənə Messi haqda sual verməyin, sizə heç nə deməyəcəm” - KLUB PREZİDENTİ

13 May 2023 18:20 Dünya futbolu 313
“Mənə Messi haqda sual verməyin, sizə heç nə deməyəcəm” - KLUB PREZİDENTİ

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Lionel Messinin komandaya mümkün keçidi ilə bağlı şərh verməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, klub prezidenti Fəhd bin Nafelə Messi barədə “Əl-Hilal”ın Kral kubokunda qalib gəlməsindən sonra sual verilib:

“Mənə Messi haqqında sual verməyin. Sizə heç nə deməyəcəm. Mətbuat xidməti açıqlama yaysa, görərsiz.

Mənim üçün komanda oyunçudan daha önəmlidir. Komandamıza gələn hər bir ulduz bilməlidir ki, “Əl Hilal” böyük klubdur. M

əqsədimiz komandanı daha yaxşı etməkdir. Diqqətinizi bir nəfərə yönəltsəz, komandanı itirəcəksiz”.

Hazırda PSJ-də forma geyinən Messinin daha əvvəl “Əl-Hilal”dan rəsmi təklif aldığı bildirilirdi.

Deyilənə görə, Səudiyyə Ərəbistanında argentinalı hücumçuya ildə 500 milyon avrodan çox pul təklif olunub və Messi keçidə şifahi razılıq verib.

Digər Xəbərlər
Xəbər Lenti