Türkiyənin sonuncu klubu da Konfrans Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

17 Mart 2023 02:10 Dünya futbolu 484
Türkiyənin sonuncu klubu da Konfrans Liqası ilə vidalaşdı -  NƏTİCƏLƏR

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Sivasspor” İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Böyük hesabla məğlub olan Sivas klubu mübarizəni dayandırıb.

“Vilyarreal” İspaniyada Belçikanın “Anderlext” klubunun müqavimətini qırmağa çalışsa da, doğma meydanda uduzaraq mübarizəni dayandırıb. İtaliya “Latsio”su isə Niderlandda “Alkmaar”a məğlub olaraq yarışla vidalaşıb.

Polşa “Lex”i, İsveçrənin “Bazel”, Fransanın “Nitsa”, İngiltərənin “Vest Hem komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.

1/4 finala ilk vəsiqəni ötən gün Türkiyədə “Başakşəhər”ə 4:1 hesabı ilə qalib gələn Belçika “Gent”i qazanmışdı.

16 mart

Sivasspor (Türkiyə) – Fiorentina (İtaliya) 1:4
Qol
: E.Yeşilyurt, 35 – Kabral, 44. Milenkoviç, 62. Qoutas, 78-öz qapısına. Kastrovilli, 89.
İlk oyun – 0:1

Yurqorden (İsveç) – Lex (Polşa) 0:3
Qol
: Marçvinski, 77. Kvekveskiri, 90+1. Skoras, 90+2.
İlk oyun – 0:2

Slovan (Slovakiya) – Bazel (İsveçrə) 2:2 (penaltilər 1:4)
Qol
: Abubakari, 10. Kuçka, 17 – Kalafiori, 53. Amduni, 90+3.
İlk oyun – 2:2

Nitsa (Fransa) – Şerif (Moldova) 3:1
Qol
: Laborde, 30. Moffti, 53. Brahimi, 79 – Tapsoba, 54.
İlk oyun – 1:0

Vest Hem (İngiltərə) – AEK (Larnaka, Kipr) 4:0
Qol
: Skamakka, 21. Bouen, 47; 49. Mubama, 65.
İlk oyun – 2:0

Vilyarreal (İspaniya) – Anderlext (Belçika) 0:1
Qol
: Slimani, 73.
İlk oyun – 1:1

Alkmaar (Niderland) – Latsio (İtaliya) 2:1
Qol
: Karlsson, 28. Pavlidis, 62 – F.Anderson, 21.
İlk oyun – 2:1

Digər Xəbərlər
Xəbər Lenti