
"Əl-İttihad"ın azarkeşləri ötən gecə Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Əl-Nəsr"lə görüşdə (1:0) rəqibin futbolçusu Kriştiano Ronaldoya qarşı hörmətsizlik ediblər.
Sportinfo.az xəbər verir ki, komandalar meydana çıxandan sonra Ronaldonu görən "Əl-İttihad" azarkeşləri 38 yaşlı hücumçunu fitə basıblar.
Daha sonra onlar "Messi, Messi" şüarları səsləndiriblər. Bu hərəkətlə fanatlar portuqaliyalı ulduzu qıcıqlandırmağa çalışıblar.
Elə bir neçə saniyə sonra azarkeşlə öz istəklərinə çatıblar. Ronaldonun onlra əsəbiləşməsi kameralardan qaçmayıb.
Baş verənlərə görə hücumçu oyundan sonra da aqressiv halda stadionu tərk edib.
Ronaldo 2022-ci ilin dekabrında azad agent kimi "Əl-Nəsr"ə keçib.