Ronaldo karyerası ilə bağlı seçimin etdi

5 Dekabr 2022 18:20 Dünya futbolu 574
Ronaldo karyerası ilə bağlı seçimin etdi

Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 37 yaşlı forvard "Əl-Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Sözləşmə 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.

Xatırladaq ki, Ronaldo son klubu "Mançester Yunayted"dən noyabrın 22-də ayrılıb. Onun adı "İnter Mayani", "Los Anceles Qelaksi", "Sportinq", "Los Anceles"lə də hallanırdı. Həmçinin ulduz forvard üçün Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da mübarizəyə qoşulacağı bildirilirdi

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"