Dünyanın ən bahalı futbolçusu oldu - Bazar dəyəri 200 milyon avroya yüksəldi

10 İyun 01:30 Dünya futbolu 577
Dünyanın ən bahalı futbolçusu oldu - Bazar dəyəri 200 milyon avroya yüksəldi

“Barselona”nın ulduzu Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Son yenilənmələrə əsasən, 17 yaşlı oyunçunun bazar dəyəri 200 milyon avroya yüksəlib.

Yamal bu göstərici ilə Çud Bellingem (“Real”), Kilian Mbappe (PSJ) və Erlinq Halandı (“Mançester Siti”) geridə qoyub. Həmin futbolçuların hər birinin dəyəri 180 milyon avro olaraq göstərilib.

Yamal geridə qalmış mövsümdə “Barselona”nın heyətində 55 matçda 18 qol vurub və 25 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!