"Bütün bu şansları yaratmasaydıq, daha pis olardı"

27 Sentyabr 2022 00:00 Dünya futbolu 385
"Bütün bu şansları yaratmasaydıq, daha pis olardı"

Uels yığmasının kapitanı Qaret Beyl UEFA Millətlər Liqası matçında Polşaya məğlubiyyəti (0:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, Polşa ilə oyunun fantastik olduğunu deyib:

“Qol vura bilməməyimiz pis oldu, amma oyunumuzun özü məncə, fantastik idi. Təhlükəli hücumlar qurduq və çoxlu qol imkanları yaratdıq.

Çox yaxşı komandaya qarşı oynadıq. Təəssüf ki, gözlədiyimiz nəticəni əldə edə bilmədik, amma oyun keyfiyyəti ən yaxşı səviyyədə idi. Bütün bu şansları yaratmasaydıq, daha pis olardı”.

Altı turdan sonra Polşa millisi 7 xalla qrup üçüncüsüdür, Uels isə sonuncu yerdədir (1 xal).

Digər Xəbərlər
Xəbər Lenti