“Böyük beşlik”də ən az qol buraxan komandaların adları

20 Sentyabr 2022 15:20 Dünya futbolu 454
“Böyük beşlik”də ən az qol buraxan komandaların adları

Avropanın Top-5 liqasında indiyədək ən az qol buraxan komandalar məlum olub.

Sportinfo.az xəbər verir ki, siyahıya “Barselona” başçılıq edir.

Kataloniya klubu La Liqada keçirdiyi 6 oyunda qapısında cəmi 1 qol görüb.

İkinci sırada İspaniyanın digər komandası “Vilyarreal” (2) qərarlaşıb.

İlk 3-lüyü İtaliya “Atalanta”sı (3) qapayır. Berqamolular yerli çempionatda İspaniya təmsilçilərindən 1 oyun çox keçirib.

Digər Xəbərlər
Xəbər Lenti