Dünya futbolunu silkələyən hadisə – Messi yoxdur…

13 Avqust 2022 03:40 Dünya futbolu 6 938
Dünya futbolunu silkələyən hadisə – Messi yoxdur…

Son 17 ildə ilk dəfə olaraq “Paris Sen-Jermen”in hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusuna verilən mükafat olan "Qızıl top"a iddialılar siyahısına daxil edilməyib.

Sportinfo.az xəbər verir ki, avqustun 12-də Fransanın “France Football” jurnalı sosial şəbəkədə mükafata iddialı oyunçuların geniş siyahısını dərc edib.

Buraya 30 nəfər daxildir. Messi 2005-ci ildən sonra ilk dəfə siyahıya düşməyib.

Siyahıya Messinin braziliyalı komanda yoldaşı Neymar da düşməyib.

Planetin ən yaxşı otuz oyunçusu siyahısında Tibo Kurtua (Real Madrid, Belçika), Məhəmməd Salah (Liverpul, Misir), Kərim Benzema (Real Madrid, Fransa), Robert Levandovski (Barselona, Polşa), Harri Keyn (“Tottenhem”, İngiltərə), Kriştiano Ronaldo (“Mançester Yunayted”, Portuqaliya), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Kevin De Breyne (“Mançester Siti”, Belçika), Kilian Mbappe (“Paris Sen-Jermen”, Fransa), Erlinq Holandın (“ Mançester Siti”, Norveç) adları var.

“Qızıl top”un sahibi oktyabrın 17-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti