Paytaxt klubu almaniyalı baş məşqçiyə tapşırıldı

1 İyul 2022 01:30 Dünya futbolu 615
Paytaxt klubu almaniyalı baş məşqçiyə tapşırıldı

Yozef Tsinnbauer "Lokomotiv"ə baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, təyinat formal xarakter daşıyır.

Baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.

Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarının sükanı arxasında olub.

42 yaşlı almaniyalı mütəxəssis "Orlando Payrets"lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti