Ançelotti millidə ilk qələbəsini qazandı, Brazliya DÇ-2026-ya qaldı - VİDEO

11 İyun 12:00 Dünya futbolu 1 058
Ançelotti millidə ilk qələbəsini qazandı, Brazliya DÇ-2026-ya qaldı - VİDEO

Braziliya milli komandası yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, “sambaçılar” DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayı 1:0 hesabı ilə məğlub edib.

Komandanın yeganə qolunu 44-cü dəqiqədə Vinisius Junior vurub.

Bu həm də Braziliya yığmasına tarixi uğurunu davam etdirməyə imkan verib. Onlar bütün dünya çempionatlarının final mərhələsində iştirak edən yeganə komanda olaraq qalacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!