Pulu gecikən məşhur braziliyalı 5 ölkədən təklif alıb

12 Oktyabr 2021 21:40 Dünya futbolu 661
Pulu gecikən məşhur braziliyalı 5 ölkədən təklif alıb

Braziliyalı müdafiəçi Dani Alves tətilini keçirmək üçün Avropaya gəlib.

Sportinfo.az xəbər verir ki, o, qışda yeni kluba keçməyi planlaşdırır.

38 yaşlı ulduz 5 ölkədən təklif alıb. Onunla ABŞ, Braziliya, Səudiyyə Ərəbistanı, Argentina və Qətər klubları maraqlanır.

Tokio olimpiadasından sonra futbolçu bildirmişdi ki, “San-Paulu” onun məvacibini gecikdirir. Bundan sonra klubla futbolçu arasında münasibət pisləşib.

Futbolçu bildirib ki, borc ödənilməyənə qədər klubun düşərgəsinə qayıtmayacaq. Müqaviləyə görə, onun aylıq məvacibi 280 min dollardır.

Müqavilənin müddəti 2022-ci ilin dekabrında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu