"Çelsi"nin futbolçusu Amerika tarixinə düşdü

30 May 2021 16:00 Dünya futbolu 1 482
"Çelsi"nin futbolçusu Amerika tarixinə düşdü

Çempionlar Liqasında (ÇL) “Mançester Siti” ilə final oyunu “Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiçi ölkəsi ABŞ-ın tarixinə salıb.

Sportinfo az xəbər verir ki, 66-cı dəqiqədə meydana daxil olan hücumameyilli oyunçu ÇL finalında iştirak edən ilk amerikalı olub. O, eyni zamanda turnirin qalibi kimi də ölkəsində ilkə imza atıb.

Qeyd edək ki, “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanan “Çelsi” tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti