Tanınmış məşqçi Çin klubundan ayrılır - koronavirusa görə

24 Yanvar 2021 10:20 Dünya futbolu 459
Tanınmış məşqçi Çin klubundan ayrılır - koronavirusa görə

Çinin "Dalyan Lifan" klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəsis koronavirusun Uzaq Şərqdə yayılması ilə bağlı hazırkı vəziyyətə görə postunu tərk edəcək.

İspaniyalı baş məşqçi ailəsinə yaxın olmaq üçün bu qərarı verib. Hazırda onunla klub rəhbərliyi arasında danışıqlar davam edir. Benites komandaya yeni baş məşqçi tapmaqda köməklik göstərir.

Rafael Benites İngiltərədə "Liverpul", "Çelsi", İspaniyada isə "Real Madrid" kimi komandaların baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar