Azərbaycan millisi Avropa çempionatında üçüncü medalı qazandı

28 Noyabr 2020 23:20 Digər növlər 447
Azərbaycan millisi Avropa çempionatında üçüncü medalı qazandı

Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər.

30.650 xal toplayan komanda nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medalın sahibi olub. Kollektiv 5 topla hərəkətlərdə isə 4-cü yeri tutub.

Ötən gün Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə gümüş medal qazanıb. Həmçinin yığma yeniyetmə və qrup nəticələrinə əsasən 3-cü yeri tutub.

Sabah – Avropa çempionatının son günündə Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"