Azərbaycan çempionatı keçiriləcək - Şamaxının Çuxuryurd kəndində

05:00 Digər növlər 91
Azərbaycan çempionatı keçiriləcək - Şamaxının Çuxuryurd kəndində

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və "Bakı" Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ASİNF-dən məlumat verilib.

Yarış sentyabrın 4-6-da təşkil olunacaq. Şamaxı rayonu Çuxuryurd kəndində eyniadlı göldə baş tutacaq turnir çərçivəsində iştirakçılar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparacaq, nəticələrə əsasən Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşdiriləcək.

Çempionatın yekununda fərqlənənlər medal və müvafiq mükafatlarla təltif olunacaqlar.

Karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə əsas diqqət yalnız balığın tutulmasına deyil, həm də texniki hazırlığa, taktiki yanaşmaya və iştirakçının səbrinə yönəlir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!